V.Bottas: Çoxdandır yarış qazanmırdım

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, uzun müddətdən sonra yarış qazandığı üçün sevinclidir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü dünən poul qazandıqdan sonra bu gün sprint yarışının qalibi olub və 3 xal qazanıb.

Valtteri Bottas: “Özümü yaxşı hiss edirəm. Uzun müddət idi bir yarışda qalib gəlmirdim. Heyif ki, sabahkı əsas yarışa sonuncu yerdən başlamalı olacam. Amma tempimiz var və mübarizə aparacam. Əlimdən gələni edib yüksələcəm.

Bugünkü nəticədən razıyam. Təmiz yarış idi və yarış performansında bizə çatan olmadı. Sabah burada ötmə etmək çətin olacaq. DRS qatarı əmələ gələn ötmələr də çətinləşir. Görək nə edirik. Əlimdən gələni edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*