V.Bottas: Çox zəifik

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, cümə günü onlar üçün çətin yox, çox çətin keçib.

F-1.az xatırladır ki, Mercedes Monakodakı cümə sərbəst yürüşlərində zəif təsir bağışlayıb. Finlandiyalı sürücü günü lider Peresdən 2 saniyə geridə qalaraq, 16-cı yerdə bağlayıb.

Valtteri Bottas: “Cümə günü çox çətin keçdi. Çox zəif idik. Bu, asfaltla ilişmənin zəifliyindən irəli gəlir. Bolidin balansı o qədər də pis deyildi. Lakin asfaltla ilişmə zəif olduğu üçün arxa sürüşür. Bu gecə çox uzun olacaq.

Buraya Monakodan da pis başladıq. Orada heç olmasa sıralanma turunda pis deyildik. İndi lap zəifləmişik. Gözlədiyimizdən çətin gün oldu. Səbəbini tapmalıyıq. Nə edəcəyimizi hələ bilmirik. Görülməli çox iş var”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*