F-1.az xatırladır ki, finlandiyalı sürücü əvvəlcə Sebastyan Fettellə, daha sonra isə Daniel Rikkardo ilə təmas yaşayıb. Valtteri Bottas rəqibi Danielə çırpıldığı üçün nəticəsinə 10 saniyə əlavə edilib.
Valtteri Bottas: “Seb ikinci döngəyə yaxşı gəldi. İlk döngədə mübarizə aparmışdıq. İkinci döngəyə burnumu bir az soxdum və o xarici trayektoriyada idi. Üzərimə tez qapandı və qaçmağa yerim yox idi. Təmas etdik və bolidim zədələndi. Sözün düzü, yarış qəzası idi. Daniel ilə də bənzər hadisə oldu. Daxili trayektoriyada onun yanında idim. Qanadımın yarısı olmadığı üçün təkərləri kilidləyirdim. Mənim sürətimi bilə-bilə döndü və təmas yaşadıq”.