F-1.az bildirir ki, finlandiyalı sürücünün maşınında mexaniklər ötürmələr qutusunu vaxtından əvvəl dəyişiblər və reqlamentə uyğun olaraq, Valtteri startda 5 yer itirəcək.
Mercedes-in digər sürücüsü Lyuis Həmilton isə cərimə olunmayacaq, çünki onun və Haas-ın sürücüsü Kevin Maqnussenin maşınlarında ötürmələr qutusu reqlamentin nəzərdə tutduğu məsafəni qət ediblər. Stüardlar Karlos Saynsı da cərimə etməyiblər – Toro Rosso-nun ispaniyalı sürücüsü keçən yarışı başa vurmadığı üçün ötürmələr qutusunu cəriməsiz dəyişmək şansı qazanıb..