V.Bottas cərimələnəcək?

Mercedes komandasının sürücüsü Valtteri Bottas növbəti Əbu Dabi yarışında mühərriyə görə startda yer itirə bilər.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Braziliya yarışında rəqibi Şarl Leklerlə mübarizə apararkən mühərrik problemi yaşadığı üçün mübarizəni dayandırıb. Lakin Bottasın növbəti yarışda yeni mühərriyə keçib-keçməməsi müəmmalıdır. Komanda bazada güc qurğusunu tamamilə söküb təhlil etdikdən sonra son qərar veriləcək.

Valtteri Bottas: “Arxa tərəfdə bir az duman olduğunu dedilər, amma özüm görmədim. Bolid güc itirməmişdi. Amma üçüncü döngədə maşın birdən-birə dayandı. Mühərriyi bazada araşdıracaqlar və son qərar veriləcək. İnanmıram ki, onu yenidən istifadə edə bilək. Görəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*