F-1.az xatırladır ki, Bottasın komanda yoldaşı Felipe Massa Braziliyada sonuncu yarışına çıxacaq.
Valtteri Bottas: “Əvvəlcə onu deyim ki, Braziliya yarışı Massa üçün çox vacibdir. O təqaüdə çıxmamışdan əvvəl öz ölkəsindəki son yarışa çıxacaq. Ümid edirəm ki, yaxşı işlər görüb çoxlu xallar qazanarıq. Keçən il işlər bizim üçün yaxşı getmişdi.
Braziliyalı fanları çox sevirəm. Onların yarışa xüsusi sevgiləri var.
İnterlaqos texniki cəhətdən çətin traslardandır. Döngələri fərqli tərzdədir və limitdə getməlisiniz. Asfalt 2-3 il əvvəl yeniləndiyi üçün, asfaltla ilişmə hər il bir az da artır. Buna görə də burada yarışmaqdan həzz alıram”.