F-1.az xatırladır ki, finlandiyalı sürücü Britaniyadakı sıralanma turunun ilk iki sessiyasında birinci olsa da, sonuncu həll edici sessiyada komanda yoldaşı Həmiltondan 0.3 saniyə geridə qalaraq ikinci olub.
Valtteri Bottas: “Sıralanma turunda ikinci olmaq məyusedicidir, amma Həmilton daha güclü performans göstərdi. Son sessiyada ona çatmaq çətin idi. O, yaxşı iş gördü və poula layiqdir.
Sıralanma turu əla keçdi və mən ilk iki sessiyada təmiz dövrələr vurdum, ancaq son sessiyada mənim üçün çətin oldu. Mən yavaş döngələrə girməyə çətinlik çəkirdim və bolidin arxa tərəfi qaçırdı.
Lakin sabah bizi uzun yarış gözləyir və düşünürəm ki, yarış tempim yaxşıdır. İnanıram ki, qələbə üçün fürsətim olacaq. Yarışı səbirsizliklə gözləyirəm”.