F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa 5-ci yerdən başlasa da, startda 3-cü yerə yüksəlib, amma daha sonra yerini qoruya bilməyərək, Rikkardo və Fettelin gerisinə düşüb.
Valtteri Bottas: “Bu gün mənim üçün çətin keçdi. Rəqabətədavamlı olmaq üçün əlimdən gələni etdim, amma bu, yaxşı nəticə üçün bəs etmədi. Çox yaxşı start aldım, amma bolidi trasda tutmaq çox çətin idi və yarışda bunu etmək üçün mübarizə aparırdım. Təkər temperatunu nəzarətdə saxlaya bilmədim və bunun səbəbini Yaponiyaya qədər öyrənməliyik. Bolid gözlədiyimiz kimi deyildi. Bu yarışı yaxşı analiz edib, gələn həftə daha güclü olmalıyam”.