F-1.az xatırladır ki, finlandiyalı sürücü Malayziyada bu gün hər iki sərbəst yürüşdə də 7-ci yeri tutub.
Valtteri Bottas: “Sözün açığı, qarışıq bir sessiya oldu. Səhər yağışa görə məhdud sayda dövrə vura bildik və daha sonra tras xaricinə çıxdığım üçün çox vaxt itirdik. Bolidin idarəetməsini birdən itirərək, tras xaricinə çıxdım. Bəxtim gətirdi ki, bir yerə çırpılmadan trasa qayıda bildim. Bu gün bütün detalları test edə bilmədik, amma bu bütün komandalar üçün eynidir. Bolidimiz performans cəhətdən elə də güclü deyil. Ferrari və Red Bull isə, əksinə, çox güclüdürlər. Sabah öndə olmaq üçün əlimizdən gələn hər şeyi etməliyik. Bolidin balansı pis deyildi, amma asfaltla ilişmə zəif idi. Sabah tək dövrədə təkərlərdən maksimumu almalıyıq”.