V.Bottas: “Bolid qəzadan sonra işləmədi”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, qəzadan sonra bolidin performansı zəifləyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü birinci sərbəst yürüşlərdə 19-cu döngədə qəza edərək sessiyanı vaxtından əvvəl bağlayıb. İkinci sessiyada isə komanda yoldaşı Həmiltona 1 saniyə uduzub.

Valtteri Bottas: “Çətin idi. Birinci sessiyada işlərimi tez bitirməli idim. Döngələrin birində arxa tərəfi itirdim və burada qaçış sahəsi olmadığı üçün divara çırpılırsınız. O ana qədər hər şey qaydasında idi. İkinci sessiyada isə nə olduğunu bilmirəm. Bütün təkər tərkiblərində zəif idik. Buna görə də boliddə problem olduğunu düşünürəm. Lyuisdən 1 saniyə geridə qaldım. Sükan sistemində sürtünmə var idi. Bunları yoxlamalıyıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*