F-1.az xatırladır ki, finlandiyalı sürücü cümə sərbəst yürüşlərini doqquzuncu yerdə bağlayıb.
Valtteri Bottas: “Məncə, pozitiv gün idi. Bolid əla işləyirdi. Buranın bizim üçün yaxşı olacağını gözləyirdim və indiyə kimi hər şey yaxşı işləyir. Buna görə də yaxşı gün oldu. Zaman nəticəsi olaraq yaxşı yerdəyik.
İkinci sessiyada yeni təkərləri öyrənməyə çalışdıq. Hazırkı təkərlər çox bənzəyir. Bir az təzyiqdə fərq var”.