F-1.az xatırladır ki, finlandiyalı sürücü testlərin ilk günündə 6 dövrə vurduqdan sonra ötürmələr qutusunda problem yaşayıb və dayanmalı olub. Lakin şənbə və bazar günü sessiyaları 31 yaşlı sürücü üçün yaxşı keçib. Buna baxmayaraq, onun zaman nəticələri heç də ürəkaçan olmayıb.
Valtteri Bottas: “Testlərə baxsaq, komandanın ən pis başlanğıcıdır. Bu il vaxtımız da məhdud idi. Hər sürücüyə günyarım düşür və mənim ilk günümdə problemlər əmələ gəlmişdi. Ancaq son iki gündə güclü idik. Məncə, pis deyil.
Buna baxmayaraq, arxayın deyiləm. Bolidi anlamağa çalışırıq və bolidin yaxşı işləməsini istəyirik. Görüləcək çox işimiz var. Bolidi sürətləndirmək üçün çoxlu məlumat topladıq.
Bolidin qalib gəlmək potensialı var. Komanda olaraq ilk yarışa hazır olacağıq”.