F-1.az xatırladır ki, Vallteri pouldan start alaraq qələbəyə doğru getdiyi bir anda, komanda əmrinə əsasən komanda yoldaşı Lyuis Həmiltonu irəli buraxmalı olub…
Valtteri Bottas: “Çətin gün oldu. Komanda üçün əla nəticə idi, maksimum xal topladıq, amma mənim üçün yarış çox çətin oldu.
Biz həmişə müxtəlif ssenariləri nəzərdən keçiririk. Lyuis titul uğrunda mübarizə aparır, komanda isə Mühəndislər Kubokuna başçılıq edir. Planımız da bu istiqamətlərdə qurulur. Amma yarışda hadisələrin necə cərəyan etməsini əvvəldən görmək çətindir. Yekunda isə nəticəni hamınız bilirsiniz”.