F-1.az xatırladır ki, finlandiyalı sürücü Həmiltondan əvvəl trasa çıxıbdı və yeddiqat Dünya Çempionu onun hava kisəsinsən faydalanaraq, poul qazanıbdı. Bottas isə üçüncü yeri tutub.
Valtteri Bottas: “Biz komandayıq və ən yaxşı nəticələri əldə etməyə çalışırıq. Azarkeşlər də bundan həzz alırlar. Hər şey yaxşıdır. Red Bull sərbəst yürüşlərdə çox sürətli idi. Buna görə də sıralanma turunda yaxşı işlədik və poul qazandıq.
Bu gün sıralanma turu keçirdik. Sabah isə sıralanma yarışı var və fürsətlərdən yararlanmağa çalışacam”.