V.Bottas: “Bir xalın böyük önəmi var”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, sürətli dövrəyə görə verilən bir xal mövsümün sonunda böyük fərq yarada bilər

F-1.az xatırladır ki, bu mövsümdən etibarən ən sürətli dövrə vuran və yarışı onluqda bitirən sürücüyə əlavə bir xal veriləcək. Finlandiyalı sürücü mövsümün ilk yarışı Avstraliyada həm qalib gələrək, həm də sürətli dövrə vuraraq, aktivinə 26 xal yazmışdı.

Valtteri Bottas: “Bu bir xal ilin sonunda böyük fərq yarada bilər. Bilmək olmaz. Təbii ki, riskə girmək lazımdır. Amma 25, 18 və ya 15 xal alsanınz belə, bir xal çox vacibdir. Buna görə də riski hesablamaq lazımdır. Bunun üçün pit-stop da etmək olar. Amma mən Avstraliyada yeyilmiş təkərlərlə sürətli dövrə vurdum və buna dəyərdi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*