F-1.az xatırladır ki, finlandiyalı sürücü dünən ikinci sərbəst yürüşlərdə yolda qalmışdı. Bottas sərbəst yürüşlərdə mövsümə başladığı və daha çox yol qət etdiyi motoru istifadə edirdi. Lakin artıq qocalan motor dözməyib və canını tapşırıb.
Frederik Vassyör: “Motor builki ilk motorumuz idi. Daha pis ola bilərdi. Yaxşı hal olmasa da, faciə də deyil. Məyusuq, çünki istədiyimiz qədər dövrə vura bilmədik”.