V.Bottas: “Bəxtim həm gətirdi, həm gətirmədi”

Mercedes komandasının sürücüsü Valtteri Bottas podiuma yüksəldiyi Monakoda həm bəxtinin gətirmədiyini, həm də gətirdiyini deyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü ikinci yerdə gedərkən, təhlükəsizlik maşını çıxdığı üçün pitə girib və çıxışda Maks Ferstappenlə təmas yaşayıb. Təmas nəticəsində təkəri deşilən Bottas yenidən pitə gəlib və trasa Fettelin arxasında 4-cü yerdə qayıdıb. Lakin sonda Ferstappenin 5 saniyə cəza alması ilə 3-cü yeri tutaraq, podiumun son pilləsinə yüksələ bilib.

Valtteri Bottas: “Pit-stopun niyə yavaş olduğunu bilmədim. Sonra Maksla yan-yana gəldik və təmas etdik. Buna görə də sağdakı divara çırpıldım. Çünki yer yox idi. Orada təkətrim partladı. Ondan sonra yarış mənimçün çətin oldu. Daha pis ola bilərdi. Yenidən pit edəcəyim halda geriləyəcəyimi bilirdim. Bəxtim həm gətirdi, həm də gətirmədi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*