V.Bottas: Bakıdan sonra nəticə çıxardıq

Alfa Romeo Bakıda xal qazanmadan uğursuz həftəsonu keçirib, lakin onlar Mayamidə daha yaxşı nəticəyə ümid edirlər...

F-1.az xatırladır ki, Alfa Romeo mövsümə ən pis başlayan komandalardan biridir. Onlar geridə qalan dörd yarışda cəmi 6 xal toplayaraq səkkizindi yerdə qərarlaşıb. Komandanın sürücüləri hərəyə cəmi bir dəfə xal zonasına düşə biliblər və ən yaxşı nəticələri Valtterinin Bəhreyndəki səkkizinciliyi olub.

Valtteri Bottas: “Bakıda yaxşı çıxış etmədik, amma nəticə çıxardıq və yeni həftəsonunu səbirsizliklə gözləyirik. Mayamiyə qayıtdığım üçün xoşbəxtəm, keçən ilki yarışla bağlı yaxşı xatirələrim var, Floridada bizi necə gözəl qarşıladılar.

Maşından maksimum yararlanaraq nəticələri tez bir zamanda yaxşılaşdırmalıyıq. Biz həmişəkindən daha çox motivasiyalıyıq. İndi hər şey çətin görünür, amma qarşıda mümkün qədər yaxşı çıxış etmək istədiyimiz çoxlu yarışlar var. Bu həftə sonu sükan arxasına qayıtmağı səbirsizliklə gözləyirəm. Mən yeni mübarizələrə hazıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*