V.Bottas: Audi Sauber-i favorit edə bilər

Sauber komandasının sürücüsü Valtteri bottas düşünür ki, Audi-nin gəlişi Sauber-i favoritlərdən biri edəcək.

F-1.az xatırladır ki, Audi şirkəti 2026-cı ildə, Sauber-in mühərriklərini təmin edəcək. Beləliklə onlar əsil Almaniya komandası kimi çempionatda çıxış edəcəklər. Alfo Romeo komandasının sürücüsü  Valtteri Bottas qarşıdan gələn tərəfdaşlığın Sauber-ə Formula1-in aparıcı komandalarından birinə çevrilməyə imkan verəcəyini hesab edir.

Valtteri Bottas: “Komanda bunun üçün lazımi potensiala malikdir. Qeyri-standart düşüncəyə malik gənc işçilərimiz var. Bizim bazamızda yaxşı avadanlıqlar və birinci dərəcəli aerodinamik boru mövcüddur. Təbii ki, Red Bull və ya Mercedes-lə müqayisədə bizim nisbətən daha kiçik komandamız var, amma maliyyə imkanlarının hesabına yeni mütəxəssisləri cəlb edə biləcəyik. Məsələn, 2022-ci ildə yeni detelların istehsalı prosesi kifayət qədər vaxt apardı, lakin bu dinamikanı dəyişə bilsək çempionatda fəqli ssenari üzrə yarışacağıq.”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*