V.Bottas: “Arxa təkərlər yarışı çətinləşdirmişdi”

Mercedes komandasının sürücüsü Valtteri Bottas problemlərə baxmayaraq, yekun nəticədən razı qalıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Yaponiyada ikinci olaraq Suzukada ilk podiumunu qazanıb.

Valtteri Bottas: ” Komanda üçün əla nəticədir. Bütün işçilərin əziyyətinə qarşılıq kimi əla mükafat oldu. Dünən sıralanma turunda ilk cərgəni tutduqdan sonra belə nəticə qazandığımız üçün xoşbəxtəm. Suzukada ilk podiumumdur və özümü mükəmməl hiss edirəm. Mənim üçün çox vacibdir.

Yarış əla idi. Mühərriyi qorumaq üçün tempi aşağı salmışdıq. Ferstappenlə yaxınlaşdıq. Son şikanaya çatanda təkərimi blokladım, amma hər şeyi nəzarətdə saxlaya bildim. Soft təkərlərlə olan performansımız Medium təkərlərə nisbətən yaxşı idi. Mediumlar-da qabarma problemi yaşasaq da, ciddi problem deyildi. Komanda üçün əla həftəsonu oldu”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*