F-1.az xəbər verir ki, buna baxmayaraq, finlandiyalı sürücü özünü burada daha rahat hiss edir.
Valtteri Bottas: “Alfa Romeo-nun fərqli atmosferi var. Titul uğrunda mübarizə apararkən təzyiq daha artıq olur. Komandamız o qədər də böyük deyil və burada daha rahatam, çünki mənə uzunmüddətli gələcəyə zəmanət verilir.
Bundan əlavə, iki şirkətin siyasətlərində nəzərəçarpacaq fərqlər var. Mercedes-də bəzi şeylər məhdud idi. Mən yaşlanmışam və indi Formula1-də aldığım bütün bilikləri tətbiq edirəm. Əlbəttə ki, öyrənməyə davam edirəm. İndi hər şeydən çox razıyam”.