V.Bottas: “80 yarış gözləməyə dəydi”

Rusiya yarışında karyerasının ilk qələbəsini qazanan Valtteri Bottas bildirib ki, çox xoşbəxtdir.

F-1.az xatırladır ki, finalandiyalı sürücü ilk 3 yarışda Həmiltondan geridə qalsa da, Rusiyada qələbə qazanıb, Beləliklə, 27 yaşlı sürücü 81-ci yarışında ilk qələbəsini qazanıb.

Valtteri Bottas: “Hazırkı əhvalımı sözlə ifadə edə bilmirəm. Bu əla hissdir. Qələbəsiz 80 yarışdan sonra bu qələbəyə tərif tapa bilmirəm. Ən yaxşı yarışlarımdan biri idi və ilk qələbəmi qazandım. Ümid edirəm ki, daha artığını əldə edərəm.

Əvvəldən bilirdik ki, Ferrari ilə mübarizə aparmaq çətin olacaq. İlk yarışdan etibarən yaxın mübarizə şəraitindəyik. Amma işimiz bununla bitmir. Mübarizəyə və qələbələrə davam etməliyik. Bu gün çox xoşbəxtəm, amma yeni qələbələr üçün işləməyə davam etməliyik.

Yarışa əla start verdim və ilk döngədə Ferrari-ləri keçə bildim. Hər şey qaydasında idi. Təhlükəsizlik avtomobilindən sonra da yerimi qoruya bildim. Mənim üçün əla yarış oldu. Əvvəldən yeganə hədəfim çempionluqdur və bu heç dəyişməyib. Bunun üçün öz üzərimdə işləməyə davam edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*