Amerikanın USF1 layihəsinin təşkilatçılarından biri təsdiq edib ki, komanda əsas bazasını Şimali Karolinada yerləşdirməyi planlaşdırır. Ligier və Onyx komandalarının keçmiş əməkdaşı Ken Anderson hesab edir ki, Amerika yerli texniki baza və sürücülərdən istifadə etməklə rəqabətədavamlı komanda qura bilər…
Ken Anderson: “Biz Şarlottada bir neçə binaya baxmışıq, hətta onlardan biri universitetin ərazisindədir. Mən əminəm ki, biz qarşımıza qoyduğumuz vəzifənin öhdəsindən gələ bilərik, axı Formula1-in texnologiyalarının 90%-i Amerikada hazırlanır. Hamıya məlumdur ki, AMerikada çox istedadlı sürücülər də var. Mən inanıram ki, bu faktorları cəm edərək biz uğur qazana biləcəyik.”