Sports İllustrated jurnalına müsahibəsində US F1 komandasının icraçı direktoru Piter Uindzor bildirib ki, komanda GP2 seriyasında çıxış edən sürücülərin menecerlərindən aldıqları sərfəli təkliflərdən imtina edib…
Piter Uindzor: “Biz Formula1-də çıxış etməyən, lakin GP2-də qələbə qazanan sürücülərdən iki təklif almışdıq. Bu təkliflər komandanın büdcəsini xeyli zənginləşdirərdilər, amma Ken Andersonla müzakirələrdən sonra biz əvvəlki prinsiplərə qayıtmağa qərar verdik – biz sürücüləri pul xatirinə dəvət etməyəcəyik. Gələcəkdə biz iki gənc amerikalı sürücünün debütünə şərait yaradacayıq, amma ilk mövsümdə maşınlardan birini təcrübəli sürücü sürəcək.
Bir çoxlarını Danika Patriklə danışıqlar maraqlandırır. Danika bizim üçün çox böyük ulduzdur, çox güman ki, o NASCAR-a keçəcək və var-dövlət qazanacaq. Karyerasının indiki mərhələsində onun Formula1-ə keçməsi böyük çağırış olardı, amma biz ilk mövsüm titul uğrunda mübarizə apara bilməyəcəyik.”
Deyilənlərə görə, US F1 Aleks Vürslə müqavilə imzalayacaq, ikinci vakabsiyaya isə Conatan Sammerton, Qrəhəm Reyhol və Rayen Hanter-Reyin namizədlikləri nəzərdən keçirilir…