US F1 ilk dörd Qran Prini buraxmaq istəyir

Amerikanın US F1 komandasının yaranmasının elan olunmasından bir il vaxt keçib, amma müəlliflərin nikbinliyinə baxmayaraq, layihə maliyyə və təşkilati problemlər […]

Amerikanın US F1 komandasının yaranmasının elan olunmasından bir il vaxt keçib, amma müəlliflərin nikbinliyinə baxmayaraq, layihə maliyyə və təşkilati problemlər üzündən hələ də reallaşmayıb. ABŞ-dan olan sponsorları Formula1 həmişə isti qarşılayıb, xüsusən də çempionatda iri avtoistehsalçılar çox olan vaxtlarda, amma amerikalıların bu idmana marağı çox azdır – yerli sürücülər, milli mərhələ, sponsorlar çoxdandır ki, çempionatda yoxdur, deyəsən, heç milli komandada olmayacaq.

Dünən Ken Anderson New York Times qəzetinin jurnalistlərinə bildirib ki, “biz FİA ilə gərgin işləyirik, bizim çempionatda ilk yarışları buraxmağımıza icazə versinlər.” Onun sözlərinə görə, imzaladıqları Razılıq Müqaviləsi yeni komandalara ilk üç yarışı buraxmağa icazə verir, fevralın əvvəllərində federasiya bildirmişdi ki, çempionatda iştirak etməli olan hər bir komanda bütün Qran Prilərdə starta çıxmalıdır və istənilən bir yarışda iştirakdan imtina olunması Razılıq Müqaviləsinin və FİA-nın reqlamentinin pozulmasıdır.

US F1 komandası isə üç deyil, ilk dörd yarışı buraxmaq və mövsümə İspaniya Qran Prisindən başlamaq istəyir. Anderson ümid edir ki, FİA komandanın xahişinə imtina etməyəcək, axı komanda çempionatda iştirak etmək üçün ərizə verəndə büdcənin məhdudlaşdırılmasından, FOM tərəfindən ciddi kompensasiyaların ödənilməsindən və komandalar tərəfindən texnoloji yardımdan söhbət gedirdi.

Yayda US F1 komandası Maks Moslinin FOTA ilə qarşıdurmasında vacib faktor idi, avtoistehsalçıların çempionatı tərk edəcəyi təqdirdə məhz US F1 kimi komandaalr onların yerlərini tutmalı idilər. Lakin büdcənin məhdudlaşdırılması təklifi tətbiq olunmadı, komandanın tərtib etdiyi biznes-layihə baş tutmadı və Us F1 sponsorlarını itirməyə başladı. Komandanın əməkdaşları bu ilin yanvar ayında əmək haqqı alsalar da, maşın üzərində işin tamamlanmasına və Cosworth motorlarının haqqının ödənilməsinə vəsait yoxdur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*