Ümumdünya Şurası yay fasiləsinin vaxtını dəyişib

FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası yekdilliklə məcburi yay tətili müddətinin 14 gündən 21 günə uzadılmasını və avqustdan aprel ayına keçirilməsini təsdiqləyib.

F-1.az xatırladır ki, bu təklif Ferrari komandası tərəfindən irəli sürülmüşdü, çünki Maranelloda komandanın bazası koronavirus səbəbiylə qeyri-müəyyən müddətə bağlanmışdı, digər komandalar isə bazalarında sərbəst işləyirdilər.

Yay fasiləsinin təxirə salınması təklifi əvvəlcə strateji işçi qrup və Formula1 Komissiyası tərəfindən təsdiqlənmişdi və indi Ümumdünya Şurası tərəfindən də rəsmən təsdiq edilib ​​- bu gün çümpionat iştrakçıları arasında elektron səsvermə keçirilib.

Çempionatın bütün komandaları 21 gün müddətində bazalarının bağlanmasına və komanda üzvlərinin bu müddət ərzində işdən uzaqlaşdırılmasına zəmanət verməlidirlər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*