F-1.az xatırladır ki, bu dəyişikliklər bir müddət əvvəl çempionatın komandaları tərəfindən yekdilliklə təsdiq olunmuşdu.
TEXNİKİ REQLAMENT
- Maşının bəzi komponentlərinin dondurulması, yəni bu detallar üzərində göstərilən müddət ərzində heç bir dəyişiklik etmək olmaz. Siyahıya şassi, ötürmələr qutusu, bir sıra mexaniki komponentlər və təhlükəsizliyin güc elementləri daxildirlər. Şərti ballar sistemi işlənib hazırlanıb ki, bunun sayəsində bu və ya digər komandanın xüsusi ehtiyaclarına uyğun olaraq məhdud sayda komponenti inkişaf etdirməyə imkan veriləcək;
- 2020-ci ildə güc qurğularının modernləşdirilməsi məhdudlaşdırılıb;
- 2021-ci ildə altlığın ön lövhəsində dəyişiklik ediləcək və altlığın arxa təkərlərin önündəki hissəsinin konstruksiyası sadələşdiriləcək ki, 2020-ci ildən sonrakı mövsümlərarası fasilədə maşının asfaltayatma qüvvəsini artırmaq mümkün olmasın;
- 2021-ci ildə maşının minimum çəkisi 749 kq-a qədər artırılacaq.
İDMAN REQLAMENTİ
- 2020-ci ildə ziyarətçilər üçün “qapalı” və “açıq” mərhələlər anlayışları tətbiq olunacaq. Buna uyğun olaraq, komandaların yarışa gətirə biləcəyi işçilərin sayı da tənzimlənəcək;
- Təkərlərlə bağlı 2020-ci ilin qaydalarında müxtəlif dəyişikliklər. Əgər cümə günü sərbəst yürüşlərin ilk sessiyası yağışlı alınarsa, onda Pirelli yeni təkərlərin testləri üçün ikinci sərbəst yürüşlərdən istifadə edə biləcək;
- Məsrəflərin azaldılması üçün 2020-ci ildə aerodinamik boruda işlərin və güc qurğusunun stenddə sınaqlarının məhdudlaşdırılması;
- 2021-ci ildə aerodinamik boruda işlərin azaldılmasının davam edilməsi və komandanın çempionatdakı mövqeyindən asılı olaraq aerodinamik boruda vaxt keçirməsi üçün mütərəqqi zaman şkalasının tətbiqi – birinci yerdən onuncu yerə qədər düzxətli şkala üzrə;
- 2022-ci il mövsümü üçün bəzi qaydalar müəyyən edilib, məsələn, komponentlərin sayının məhdudlaşdırılması, komendant saatı, “qapalı parkda” yoxlama və sair kimi bir sıra xüsusi qaydalar martın 30-da Şura tərəfindən təsdiq olunmuşdu. Bu qaydalar 2020-ci və 2021-ci illərdə mövsümün gedişində daim nəzarətdə olacaq və dəyişdirilə bilər.
MALİYYƏ REQLAMENTİ
- 2021-ci ildən büdcə məhdudiyyətləri – 2021-ci ildə bir komandanın büdcəsi 145 milyon dollar, 2022-ci ildə 140 milyon dollar, 2023-2025-ci illərdə isə 135 milyon dollar məbləğində məhdudlaşdırılacaq;
- İdman nəticələrinə görə mükafat bonuslarının və sosial ayırmaların həcmi ildə 10 milyon dollardan 12 milyon dollara qədər artırılacaq;
- Əmək haqqından sosial ayırmaların miqdarı 15%-dən 13.8%-ə endiriləcək;
- Korporativ mədəniyyətin inkişafı xərcləri ildə 1 milyon dollar məbləğində məhdudlaşdırılacaq;
- İşçilərin tibbi sığortası, xəstəlik məzuniyyəti, uşağa qulluq müavinəti, ekoloji təşəbbüs xərcləri və FİA-nın yardım proqramları büdcənin məhdudiyyətlərinə aid edilməyəcək.
Eyni zamanda, komandaların ala biləcəyi komponentləri müəyyənləşdirən FİA-nın normativ sənədlərinə dəyişiklik edilib. Yeni konsepsiya təsdiq olunub ki, kiçik komandalar yuxarıdakı komponentləri hazırlamaq və ya istehsal etmək zərurətindən azad olmaqla, məsrəflərini azaltmış olacaqlar. Eyni zamanda, bu konsepsiya kiçik komandanın böyük komandaya hər hansı bir komponent hazırlamasına da yol verməyəcək – çünki bu zaman böyük komanda büdcə məhdudiyyətindən yararlana bilər.