Bu gün FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının iclasında dünya çempionatının təqvimi dəyişikliksiz təsdiq olunub. Mövsümdə 19 mərhələ yer alıb, Almaniya Qran Prisi Nürburqrinqdə iyulun 5-7-də keçiriləcək. İclasda yeni Razılıq Müqaviləsi də müzakirə olunub.
İclas zamanı yeni Sürücülər Komissiyası təsis olunub. Komissiyaya Emerson Fittipaldi prezidentlik edəcək, vitse-prezident isə Sebastyen Löb seçilib. Komissiyanın biryerli maşınlar bölməsinə Naycel Mənsell, Karun Çandhok və Mariya de Vollyota daxil olublar.
Dünya çempionatının təqvimi ilə burdan tanış ola bilrəsiniz…