F-1.az bildirir ki, yarışlarda mübarizənin sıxlığını artırmaq üçün ümumi hədəfə mane ola biləcək hava axınının təsirinin qarşısını almaq üçün ön qanadın konstruksiyasını dəyişdirmək qərara alınıb.
Motor qapağının yuxarı hissəsinin, ön və arxa qanadların yan lövhələrinin konfiqurasiyası komandalara kommersiya reklamı üçün daha çox yer vermək məqsədilə dəyişdirilib.
Şassi elementlərinin öndən, yandan və arxadan zərbələr zamanı bərklik və enerji udma tələbləri ciddi şəkildə artırılıb. Maşının yüksək gərginlikli hissələrinin təhlükəsizliyi də artırılıb.
Qəza zamanı maşından ayrılmasının qarşısını almaq üçün maşının arxa qanadının və arxa hissəsinin qoruyucu elementlərinin şassiyə trosla bağlanması qərara alınıb.
Kulite şirkəti 2021-2023-cü illərdə güc qurğuları üçün təzyiq və temperatur ölçmə cihazlarının rəsmi təchizatçısı elan edilib.
Maliyyə reqlamentindəki dəyişikliklər nəzarət orqanının mütəxəssislərinə həm uzaq məsafədən, həm də Formula1 komandalarının ofislərində istənilən vaxt məsrəflərə nəzarət etməyə imkan verəcək.