F-1.az xəbər verir ki, son məşqlərdə üç sürücü ümumilikdə 6 dəfə pit yolunda icazə verilən 60 km/saatlıq maksimal sürət həddini keçib.
Bu qaydanı Quanyu Çjou 3 dəfə (62,5 km/saat, 61 km/saat və 60,2 km/saat) pozub və buna görə komandası Alfa Romeo 800 avro cəzalanıb.
Williams komandasının sürücüsü Loqan Sargent sürət həddini iki dəfə – 61,1 km/saat və 60,1 km/saat ilə keçib. Cərimələrin ümumi məbləği 300 avro təşkil edib.
Lyuis Həmilton pit-leyndə sürəti hətta 65,5 km/saata çatıb. Mercedes komandası buna görə 600 avro cərimə ödəməli olacaq.