F-1.az bildirir ki, hər üç sürücü 14-cü döngəni kəsdikdən sonra trasa səhv yerdən qayıdıblar. Yatış direktorları əvvəldən bildiriblər ki, sürücülər trasdan çıxsalar, narıncı konusun solundan trasa qayıtmalıdırlar. Lakin Qasli, Fettel və Stroll həmin konusun sağından trasa qayıdıblar. Buna görə də stüardlar hər üç sürücüyə xəbərdarlıq cəzası verib.
Qasli ilə Fettel bu il ilk dəfə, Stroll isə ikinci dəfə xəbərdarlıq cəzası alıb. Qeyd edək ki, sürücülər maksimum 5 dəfə xəbərdarlıq cəzası ala bilərlər. Beşinci xəbərdarlıqda həmin sürücü yarışın startında 10 yer itirmək cəzası alır.