Mövsümün ilk sərbəst yürüşlərindən sonra çemionatın üç sürücüsü stüardlar tərəfindən cərimə olunublar – cəriməyə səbəb isə pit-leyndə sürət həddinin aşılması olub.
Avstraliyada bütün sessiyalarda pit-leyndə hərəkət sürəti 60 km/saatla məhdudlaşdırılıb. Amma Jül Byanki 78.9 km/saatla (cəriməsi 1000 Avro təşkil edib), Felipe Massa 67.6 km/saat (800 Avro) və Valtteri Bottas 64.5 km/saat (500 Avro) sürətlə hərəkət ediblər.