Üç komanda üzvlük haqqını ödəməyib?

Biz artıq bir neçə dəfə FOM, FİA və komandalar arasındakı danışıqlar zamanı böhran vəziyyətindən xəbər vermişdik, bunun əsas səbəbi isə […]

Biz artıq bir neçə dəfə FOM, FİA və komandalar arasındakı danışıqlar zamanı böhran vəziyyətindən xəbər vermişdik, bunun əsas səbəbi isə federasiyanın komandalardan əlavə üzvlük haqqı və FOM-dan əlavə ödəmələr tələb etməsi idi, federasiya bu addımı çempionatın mərhələlərinin keçirilmə xərclərinin artması ilə izah edirdi.

Nəticədə yeni Razılıq Müqaviləsi hələ də imzalanmayıb, Marussia-dan başqa bütün komandalar isə Ekklstounla kommersiya müqaviləsi imzalayıblar, Ferrari, Red Bull, McLaren və Mercedes AMG kimi top-komandaların başçıları bu yaxınlarda Maranelloda gizli toplantı keçirərək maliyyə məsələlərini müzakirə ediblər.

Komandalar FİA-nın şərtlərini qəbul etməyə hazır idilər, amma federasiya reqlamentin hazırlanması və təsdiq olunması maddələrində müəyyən dəyişikliklər etdikdən sonra vəziyyət daha da gərginləşdi.

Almaniyanın Motorsport Total həftəliyi xəbər verib ki, üç komanda hələ də FİA-ya qarşıdakı mövsümdə çıxış etmək üçün üzvlük haqqını ödəməyib. Komandalardan birinin başçısı jurnalistlərə deyib ki, “biz əmin idik ki, üzvlük haqqının qaldırılması yeni Razılıq Müqaviləsinin bir maddəsi olaacq, amma onu yeni idman reqlamentinə daxil etdilər. Biz hələ üzvlük haqqını ödəməmişik, çünki ortada heç bir müqavilə yoxdur və mən bilirəm ki, biz tək deyilik…”

Deyilənlərə görə, güclü komandalar yenə də FİA-nın bayrağı altından çıxaraq yeni alternativ çempionat təşkil etmək üzərində düşünürlər…

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*