F-1.az The Telegraph-a istinadən xəbər verir ki, Uill Stivens artıq Manor-la maraqlanmır və Williams-ın ehtiyat pilotu olmaq üçün danışıqlar aparır.
Keçən il Williams-ın ehtiyat pilotu Adrian Sutil idi və o, komandanı bu il tərk edib.
Məlumatlara görə, Stivensin sponsorları onun mübarizə apara bilməsi üçün Manor-a 7,7 milyon avro ödəməyə hazırdırlar. Lakin Haryanto üçün hökümətin və şəxsi sponsorunun daha böyük məbləğ ödəməyə hazır olmasına görə Stivensin geri çəkildiyi bildirilir…