Mercedes Motorsport-un başçısı Toto Volff Avstriyanın ORF 1 telekanalına müsahibəsində bildirib ki, avtokonsern konservativ imicdən azad olmağa çalışır – həm yol maşınları, həm də idman maşınları sahələrində. Avstriyalı mütəxəssisin sözlərinə görə, onu Mercedes-ə məhz buna görə dəvət ediblər…
Toto Volff: “Biz Mercedes-Benz olaraq əvvəlki kimi konservativ görünmək istəmirik. Konsernin istehsal etdiyi yeni modellər gənclər üçün nəzərdə tutulub.”
Mercedes AMG komandasında Mixael Şumaherin Lyuis Həmiltonla əvəz edilməsi də eyni məqsədə xidmət edir…
Toto Volff: “«Lyuisin nəinki böyük yarış istedadı var, o həm də texniki aspektləri də gözəl başa düşür. Bundan başqa, Lyuis əməkdaşlarla düzgün ünsiyyət qurur, onları ruhlandıra bilir. Testlərin ilk iki günündən sonra komandanın trasda işləyən 50 üzvünün adını bilirdi. Lyuis haqqında KİV-də səhv obraz yaradılıb.”
Volff növbəti dəfə Pəddi Lounun 2014-cü ildə Mercedes AMG komandasının başçısı postinda Ross Braunu əvəz edəcəyi barədə şayiələri təkzib etməli olub…
Toto Volff: “Bizi Niki Lauda ilə dəvət ediblər ki, komandanı yenidən quraq. Əgər biz bunu edə bilməsək, onda biz gedəcəyik. Amma əminəm ki, biz bunu edə biləcəyik, bizə yalnız vaxt və resurslar lazımdır.”