F-1.az bildirir ki, 13-15 noyabr tarixləri üçün ilk 24 saat ərzində bilet alan azarkeşlər kampaniyadan yararlana biləcəklər – belə ki, qeyd edilən vaxt ərzində biletlər 90 – 1900 lirə (22-475 AZN), daha sonra isə 120 – 2750 lirə (30-685 AZN) aralığında olacaq.
Xatırladaq ki, bir müddət əvvəl İstanbul Park-ın sahibi İntercity şirkətinin rəhbəri Vural Ak Formula1 üçün dünyada ən ucuz biletləri satışa çıxacaqlarını və qiymət siyasətində hamını nəzərə alacaqlarını bildirmişdi.
Tribuna | Kampaniya qiymətləri (lirə) | Normal qiymətlər (lirə) |
Platinum | 1900 | 2750 |
Gold 1 | 1500 | 2200 |
Gold 2 | 1500 | 2200 |
Gold 3 | 1300 | 1900 |
Gold Açıq | 1100 | 1600 |
Silver 1 | 850 | 1200 |
Silver 2 | 550 | 750 |
Silver 3 | 750 | 1050 |
Silver 4 | 750 | 1050 |
Silver 5 | 350 | 475 |
Silver 6 | 250 | 350 |
Silver 7 | 850 | 1200 |
Silver 8 | 850 | 1200 |
Açıq ərazi | 90 | 120 |