Türkiyə Qran Prisi: Ötmə zonası

FİA arxa antiqanadın hərəkətli elementinin – DRS sisteminin İstanbulda istifadə zonasını təyin edib. Trasın start-finiş düzlüyü kifayət qədrə uzun deyil, […]

FİA arxa antiqanadın hərəkətli elementinin – DRS sisteminin İstanbulda istifadə zonasını təyin edib. Trasın start-finiş düzlüyü kifayət qədrə uzun deyil, həm də bu düzlüyə yavaş döngə çıxarır, ona görə də ötmə ehtimalını artırmaq üçün başqa sahəni seçmək qərara alınıb. Seçim isə keçən il Red Bull sürücüləri Mark Uebber və Sebastyan Fettelin toqquşduqları yerə düşüb.

Türkiyədə iki sürücü arasında vaxt intervalı 9-cu döngənin girişində ölçüləcək – əgər interval bir saniyədən az olarsa, onda təqib edən sürücü arxa qanadı 11-ci döngənin girişində aktivləşdirə biləcək. Daha az hava müqavimətdə üstünlük qazanan sürücünün 800 metr ərzində ötməni reallaşdırmaq şansı olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*