Türkiyə-2021: Sıralanma turu

Yay fasiləsindən sonra yarış həftəsonlarının dəyişkən hava şəraitində keçməsinə artıq alışmışıq. Bu dəfə də fərqli olmayıb. Cümə günü hava quru olsa da, bugünkü son məşqlərdə yağış yağıb.

F-1.az xatırladır ki, dünənki məşqlərdə Lyuis Həmilton hamını üstələyib, bu gün isə Pyer Qasli daha sürtəli olub.

Həmilton güc qurğusunun bir elementini dəyişdirdiyi üçün 10 yer itirməklə, Sayns isə tam dəyişikliyə getdiyi üçün ən arxadan başlamaqla cəzalandırılıb.

Pirelli buraya orta üçlüyü- C2, C3 və C4 tərkibləri gətirib. Soft təkərlərin sürətlə aşınması müşahidə edilib.

İlk Sessiyada yağış təhlükəsinə görə hamı Soft təkərlərlə trasa tələsib. Sayns və Ferstappen yerində fırlanıb, Həmiltonun nəticəsi isə ləğv edilib. Tsunuda və Mazepin ilk döngədə yoldan çıxıblar. Lyuis 1:24.585-lik nəticə göstərib. Mazepin, Rəykkönen, Covinatsi, Latifi və Rikkardo mübarizəni dayandırıb.

İkinci Sessiyada Tsunida Soft, qalan hamı isə Medium təkərləri seçib. Peres və Stroll ilk döngədə səhvə yol verib. Lekler isə son döngədə idarəetməni itirib. Həmilton 1:23.082 ilə yenə protokollara başçılıq edib. Sayns, Şumaxer, Rassell, Okon və Fettel ilk onluğa düşməyən sürücülər olub.

Son sessiyada hamı Soft təkərlərlə boksları tərk edib. İlk cəhddə Bottas birinci olub. Lakin Lyuis ikinci cəhdində 1:22.868-lik dövrə vuraraq həm birinciliyi komanda yoldaşından alıb, həm də trasın mütləq rekordunu müəyyən edib.

Lyuis Həmilton sıralanma turunda qalib gəlib, lakin cəzasına görə poulun sahibi Valtteri Bottas olub. Finlandiyalı sürücü karyerasında 18-ci dəfə yarışa ən öndən başlayacaq. Sabah onun yanından start alacaq sürücü isə Maks Ferstappendir. Onların arxasında müvafiq olaraq, Şarl Lekler və Pyer Qasli qərarlaşacaqlar. Fernando Alonso və Serxio Peres isə üçüncü cərgədən yarışa başlayacaqlar. Lyuis Həmilton mümkün olanın maksimumunu edib və mübarizəyə 11-ci yerdən başlayacaq…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1 1:24.585 11 1 1:23.082 9 1:22.868 8
2 77 Valtteri Bottas Mercedes AMG 6 1:25.047 11 2 1:23.579 10 1:22.998 6
3 33 Maks Ferstappen Red Bull 2 1:24.592 10 3 1:23.732 9 1:23.196 6
4 16 Şarl Lekler Ferrari 4 1:24.869 12 7 1:24.015 10 1:23.265 8
5 10 Pyer Qasli AlphaTauri 3 1:24.704 10 4 1:23.817 8 1:23.326 6
6 14 Fernando Alonso Alpine 8 1:25.174 10 5 1:23.914 8 1:23.477 6
7 11 Serxio Peres Red Bull 5 1:24.963 10 6 1:23.961 8 1:23.706 6
8 4 Lando Norris McLaren 7 1:25.138 10 10 1:24.642 9 1:23.954 6
9 18 Ləns Stroll Aston Martin 13 1:25.511 9 9 1:24.601 8 1:24.305 6
10 22 Yuki Tsunoda AlphaTauri 10 1:25.409 10 8 1:24.054 8 1:24.368 6
11 5 Sebastyan Fettel Aston Martin 15 1:25.787 10 11 1:24.795 9
12 31 Esteban Okon Alpine 12 1:25.422 10 12 1:24.842 8
13 63 Corc Rassell Williams 11 1:25.417 12 13 1:25.007 8
14 47 Mik Şumaxer Haas 14 1:25.555 11 14 1:25.200 8
15 55 Karlos Sayns Ferrari 9 1:25.177 12 15 1
16 3 Daniel Rikkardo McLaren 16 1:25.881 10
17 6 Nikolas Latifi Williams 17 1:26.086 10
18 99 Antonio Covinatsi Alfa Romeo 18 1:26.430 11
19 7 Kimi Rəykkönen Alfa Romeo 19 1:27.525 11
20 9 Nikita Mazepin Haas 20 1:28.449 10
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*