F-1.az bildirir ki, sürücülər ənənəvi proqramla işləyərək təkərlərin səmərəliliyini qiymətlənidirblər. İstanbul Parkda ən ideal sazlanmanı tapmaq heç də asan deyil. Üstəlik keçən il bunun üzərində işləməyə imkan olmadığından, hər şeyə ən başdan başlamaq lazım gəlib. Burada xüsusilə ön təkərlərin aşınmasına xüsusi diqqət tələb olunur.
Bu dəfə də ciddi insidentlər baş verməyib. Stüardlar tras hüdudlarının pozulmasına görə 25 nəticəni ləğv ediblər. Bottas ilk, Qasli 6-cı, Ferstappen isə 7-ci döngədə asfaltdan çıxıb. Latifi iki dəfə, Mazepin isə bir dəfə 9-cu döngədə yerində fırlanıb. Rəykkönenin içdiyi su ayaqlarına tökülüb, bu sadə sistemin təmir edilməsi də xeyli vaxt alıb.
Lyuis Həmilton bu dəfə də daha sürətli olub və tras rekordunu təkmilləşdirib – 1:23.804. Məşqlər sabah qaldığı yerdən davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:23.804 | – | 30 |
2 | 16 | Şarl Lekler | Ferrari | 1:23.970 | + 0:00.166 | 29 |
3 | 77 | Vatteri Bottas | Mercedes AMG | 1:24.214 | + 0:00.410 | 31 |
4 | 11 | Serxio Peres | Red Bull | 1:24.373 | + 0:00.569 | 28 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 1:24.439 | + 0:00.635 | 27 |
6 | 4 | Lando Norris | McLaren | 1:24.525 | + 0:00.721 | 24 |
7 | 14 | Fernando Alonso | Alpine | 1:24.660 | + 0:00.856 | 21 |
8 | 31 | Esteban Okon | Alpine | 1:24.672 | + 0:00.868 | 26 |
9 | 10 | Pyer Qasli | AlphaTauri | 1:24.756 | + 0:00.952 | 32 |
10 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:24.796 | + 0:00.992 | 29 |
11 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:24.882 | + 0:01.078 | 30 |
12 | 55 | Karlos Sayns | Ferrari | 1:24.903 | + 0:01.099 | 34 |
13 | 18 | Ləns Stroll | Aston Martin | 1:25.020 | + 0:01.216 | 31 |
14 | 3 | Daniel Rikkardo | McLaren | 1:25.060 | + 0:01.256 | 23 |
15 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:25.143 | + 0:01.339 | 27 |
16 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:25.229 | + 0:01.425 | 30 |
17 | 6 | Nikolas Latifi | Williams | 1:25.307 | + 0:01.503 | 30 |
18 | 63 | Corc Rassell | Williams | 1:25.358 | + 0:01.554 | 29 |
19 | 47 | Mik Şumaxer | Haas | 1:25.480 | + 0:01.676 | 26 |
20 | 9 | Nikita Mazepin | Haas | 1:25.698 | + 0:01.894 | 25 |