Türkiyə-2020: İkinci sərbəst yürüşlər

Adətən ikinci məşqlərin başlama saatı yarışın start vaxtı ilə eyni olur. Lakin Türkiyədə tamamilə fərqli olacaq - bu sessiyanın başlama vaxtı yarışın tamamlandığı vaxta sonraya təsadüf edir.

F-1.az bildirir ki, İstanbul Parkın yeni asfalt örtüyü və Pirelli-nin sərt təkər seçimi müzakirələrə səbəb olub. Hətta təkər təchizatçısı tərkibləri elan edərkən asfaltın yenilənəcəyindən xəbərsiz olduğunu etiraf edib.

Komandalar vəziyyətə uyğunlaşmalı olublar. Asfaltayatma qüvvəsi artırılıb və bununla da sürüşmələrin qarşısını alaraq dövrəvi nəticələri düzəltməyə çalışıblar. Təkərlər az aşınıb, burada heç bir dəstək yarışının keçirilməməsi də asfaltın rezin qatı ilə örtülməsi prossesinə mənfi təsir göstərib və sürüşkənlik davam edib.

Asfaltdan tam çıxmalar səhərə nisbətən az olub, lakin heç kimin maşını ciddi zədələr almayıb. Əvvəlcə sərt təkərlərlə ardıcıl dövrələr vuran sürücülər daha sonra yumşaq tərkiblərə keçərək qısa və sürətli dövrələrə başlayıblar. Lakin onların tez aşındığı və effektliyini sürətlə itirdiyi müşahidə edilib.

Nəticələr ilk məşqlərlə müqayisədə, 7-8 saniyə yaxşılaşıb. Maks Ferstappen bu dəfə də trasın ən sürətlisi olub – 1:28.330.

Məşqlər sabah davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:28.330 37
2 16 Şarl Lekler Ferrari 1:28.731 + 0:00.401 44
3 77 Valtteri Bottas Mercedes AMG 1:28.905 + 0:00.575 42
4 44 Lyuis Həmilton Mercedes AMG 1:29.180 + 0:00.850 39
5 23 Aleksander Elbon Red Bull 1:29.363 + 0:01.033 42
6 26 Daniil Kvyat AlphaTauri 1:29.689 + 0:01.359 42
7 10 Pyer Qasli AlphaTauri 1:29.944 + 0:01.614 43
8 5 Sebastyan Fettel Ferrari 1:30.022 + 0:01.692 41
9 18 Ləns Stroll Racing Point 1:30.297 + 0:01.967 37
10 4 Lando Norris McLaren 1:30.907 + 0:02.577 39
11 11 Serxio Peres Racing Point 1:31.104 + 0:02.774 37
12 31 Esteban Okon Renault 1:31.380 + 0:03.050 36
13 99 Antonio Covinatsi Alfa Romeo 1:31.493 + 0:03.163 39
14 55 Karlos Sayns McLaren 1:31.498 + 0:03.168 40
15 3 Daniel Rikkardo Renault 1:31.660 + 0:03.330 34
16 7 Kimi Rəykkönen Alfa Romeo 1:31.932 + 0:03.602 43
17 63 Corc Rassell Williams 1:32.302 + 0:03.972 39
18 8 Roman Qrojan Haas 1:32.570 + 0:04.240 33
19 20 Kevin Maqnussen Haas 1:32.807 + 0:04.477 37
20 6 Nikolas Latifi Williams 1:33.488 + 0:05.158 40
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*