Türkiyə-2020: Həftəsonuna hava proqnozu

İstanbulda Formula1-ə heç vaxt noyabrda baş tutmayıb. Bu, daha əvvəl yaz və yay aylarında çempionata ev sahibliyi edən şəhər üçün bir yenilik olacaq.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, hava  cümə günü nahardan sonra dəyişkən buludlu olacaq. Temperatur +16 dərəcəyə yüksələcək, yağıntı ehtimalı 20%-dir.

Şənbə günü səhər yağış yağacaq, gündüz mülayim şimal-şərq küləyi əsəcək. Termometrlər maksimum +14 dərəcəni göstərəcəklər.

Həftəsonunun həlledici günü olan bazar günü külək davam edəcək. Yağınti ehtimalı 20%-ə enəcək. Hava dəyişkən buludlu, istilik +15 dərəcə olacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*