F-1.az bildiri ki, Tsunoda rəqibi Şarl Lekleri əngəlləyib və bu, söz-söhbətə səbəb olub. Yaponiyalı sürücü sürətli dövrəsində olan rəqibini 8-ci döngədə bloklayıb və Lekler əsəbiləşərək sürətli dövrəsini yarımçıq qoyub. Hadisəni araşdıran stüardlar Yukiyə xəbərdarlıq cəzası veriblər.
Ləns Stroll isə Tsunodanı əngəllədiyi üçün xəbərdarlıq cəzası alıb. Beləliklə, Tsunoda və Stroll mövsümün ilk xəbərdarlıq cəzalarını alıblar.