F-1.az xatırladır ki, iki sürücü ikinci sərbəst yürüşlərdə pit yolunda sürət həddini aşıblar və stüardlar onları araşıdrıblar. Sonda stüardlar sürücülərə pul cəzası veriblər.
Yuki Tsunoda pit yolunda sürət həddini 0.4 km/saat aşıb. Buna görə də 100 avro pul cəzası alıb. Stroll isə sürət həddi 80 km/saat olan pit yolunda 97.8 km/saatla hərəkət edib. Buna görə ona 1000 avro pul cəzası veriblər.
İki sürücünün də lisenziyasına cəza xalı yazılmayıb və bu yaxşı xəbərdir. FİA artıq xırda səhvlərə görə lisenziyaya bal yazmır. Qeyd edək ki, hər iki sürücünün lisenziyasında 5 cəza xalı var.