Tsunoda da Nürburqrinqdə çıxış edəcək

Sentyabrın 9-10-da Almaniyanın məşhur trasında keçiriləcək Red Bull yarış şousu haqqında artıq danışmışıq.

F-1.az xəbər verir ki, əfsanəvi Nürburqinqdə baş tutacaq şou da Sebastyan Fettel və Daniel Rikkardo ilə yanaşı, AlphaTauri-nin gənc sürücüsü Yuki Tsunoda da sükan arxasına keçəcək. Yukiyə Nordşlayf boyunca F1 bolidini yox, Honda NSX GT3 EVO-nu idarə etmək həvalə olunub.

Yuki Tsunoda: “Mən heç vaxt Nürburqrinqdə pilotluq etməmişəm, ona görə də sentyabr şousunu səbirsizliklə gözləyirəm. Mən Honda NSX GT3 EVO-nun sükanı arxasına keçmək üçün səbirsizlənirəm – bu, GT3 rəqabətinin ən yüksək səviyyəsində özünü sübut edən inanılmaz maşındır. “Şimal İlməsi” əfsanəvi trasdır. Mən artıq onu Gran Turismo oyununda sınaqdan keçirmişəm və bundan həzz almışam”.

Qeyd edək ki, yuxarıda adı çəkilən digər sürücülər köhnə F1 maşınlarını sürəcəklər. Deyilənlərə görə Maks Ferstappen də şouya qatılmaq istəyib, lakin Helmut Marko buna icazə verməyib”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*