F-1.az xatırladır ki, yaponiyalı sürücü sıralanma turunun son sessiyasındakı ilk cəhdində Bottası əngəlləyib. Nəticədə finlandiyalı sürücü rəqibinə “lənətə gəlmiş axmaq” deyib. Sıralanma turundan sonra stüardlar 21 yaşlı pilotu yanlarına çağırıblar. Gənc pilot bildirib ki, komandası ona Bottas barədə xəbərdarlıq verməyib. Amma stüardlar Tsunodaya startda 3 yer itirmək cəzası veriblər və lesinziyasına bir cəza balı yazıblar.
Stüardların açıqlaması belə olub: “22 nömrəli maşın sürətli dövrəsini bitirmişdi və pitə qayıdırdı. Lakin komanda arxadan sürətlə gələn 77 nömrəli bolid barədə xəbərdarlıq vermədi. 77 nömrəli maşın dprdüncü döngənin girişində 22 nömrəli maşına yaxınlaşdı. 22 nömrəli maşın yarış trayektoriyasında idi və lazımsız yerə rəqibini əngəllədi.
Pitə qayıdan sürücülər, sürətli dövrəsində olan pilotları hiss etməlidirlər. Bu onların məsuliyyətindədir. Komandası ona kömək etməli idi. Ancaq onların əlaqə qura bilməməsi bəhanə deyil”.
Qeyd edək ki, yaponiyalı pilot sıralanma turunda 8-ci olsa da, bu cəzadan sonra 11-ciliyə yuvarlanıb.