F-1.az xatırladır ki, bu gün Honda rəsmən 2026-cı ildən etibarən Aston Martin komandasının motor təchizatçısı olacağını elan edib.
İndi Honda Tsunodanın AlphaTauri-də çıxışını maliyyələşdirir, Honda Racing Corporation prezidenti Koiji Vatanabe ümid edir ki, o, 2026-cı ildə əsas komandada yer almaq üçün namizədlərdən birinə çevriləcək.
Koiji Vatanabe: “2026-cı il üçün siyahı haqqında danışmaq hələ tezdir, lakin biz Yukinin namizədlər arasında olmasını istəyirik. O, proqramımızın üzvüdür, Formula1-də yaxşı davam edir”.
Xatırladaq ki, Yuki 2021-ci ildən etibarən AlphaTauri ilə Formula1-də çıxış edir. Bu müddətdə 49 yarışda 47 dəfə start alıb, ən yaxşı nəticəsini isə 2021-ci ildə dördüncü yeri tutduğu Əbu Dabidə göstərib.
O, cari mövsümdə sadəcə 2 xal qazana bilib. Maraqlısı odur ki, sürücü xalla ayrıla bilmədiyi qalan 3 yarışın hamısını 11-ci yerdə başa vurub…