F-1.az xəbər verir ki, pouldan start alan Qabriele Mini yerindən yaxşı tərpənə bilməyib, ilk döngəyədək onu Qabriel Bortoleto, 4-cü döngədə isə Qrequar Sosi qabaqlayıblar.
Amma gənc italiyalı sürücü ruhdan düşməyib və Sosiyə hücumlar təşkil etməyə başlayıb. Fərqi bağlamağa isə trasa çıxan Təhlükəsizlik Maşını kömək olub.
TM-in arxasında məlum olub ki, Mini start prosedurunu pozduğuna görə +5 saniyə cərimələnib. Ona görə də yarışın restartında adaşını qabaqlayan italiyalı sürücü fərq açmağa çalışıb.
Amma Trident komandasının braziliyalı sürücüsü rəqibini uzağa buraxmayıb. Sosi isə Mini üçün işləyib – təkərləri ölmüş Qrequar arxasında böyük qatar toplayıb və təcrübəsi sahəsində sərt müdafiə olunub. Nəhayət, onu qabaqlayan Trident komandasından Oliver Göte də Mini ilə 5 saniyəlik fərqi qorumağa çalışıb.
Yarışın sonuna iki dövrə qalmış fərq 4.5 saniyə idi və Mini virtual olaraq hələ podiumda 3-cü idi, amma sonuncu dövrədə TM yenidən trasa qayıdıb və peletonu arxasında toplamağa başlayıb.
TM-in arxasında Mini finiş xəttini birinci keçsə də, 5 saniyəlik cərimə onu 8-ci yerə atıb.
Qələbəyə isə Qabriel Bortoleto sevinib. Onun komanda yoldaşı Olver Göte 2-ci olub. Beləliklə, Trident mövsümə dublla başlayıb. Podiumu Prema-dan Dino Beqanoviç tamamlayıb.
Elə bu üçlük çempionatda liderliyi də ələ alıb. Komandaların mübarizəsinə isə Trident 52 xalla başçılıq edir.
Növbəti dəfə çempionat iştirakçıları Avstraliyada bir araya gələcəklər…