F-1.az xəbər verir ki, qarşıdakı mövsümdə cəmi iki trasın müqaviləsi ilin sonunda başa çatacaq, amma həm Suzukanın, həm də Silverstounun təqvimdə qalacağına heç bir şübhə yoxdur.
Əksinə, müqavilələrinin müddəti 2025-ci ildə başa çatan trasların gələcəyi barədə daha çox sual var: çox güman ki, onlardan bəziləri gələcəkdə növbəlilik prinsipi ilə çempionatda qala biləcək. Cari mövsümdə bu məsələ ilə bağlı danışıqlar aparılacaq.
Təqvimdə yer alan traslar arasında ən uzunmüddətli müqavilə Melburna məxsusdur. Düzdür, uzunmüddətli gələcəyə həqiqi zəmanəti yalnız Formula 1-in özünün promouter kimi çıxış etdiyi Las Veqasa vermək mümkündür.
Ödənişlərin məbləği haqqında məlumatı da elə avstraliyalı jurnalistlər əldə ediblər. Aydın məsələdir ki, müqavilələrin təfərrüatı məxfidir və rəqəmlər kifayət qədər təxminidir. Bu məlumatlara görə, Bakıda şəhər yarışının təşkilatçıları ən bahalı müqaviləyə malikdirlər (guya 57 milyon dollar) – elə keçən il də Azərbaycan ən bahalı yarış idi.
FORMULA1 traslarının cari müqavilələri
Qran Pri | Tras | Müqavilənin sonu | 2023-cü ildə dəyəri (mln. $) |
Yaponiya | Suzuka | 2024 | 25.00 |
Britaniya | Silverstoun | 2024 | 26.00 |
Belçika | Spa | 2025 | 22.00 |
Çin | Şanxay | 2025 | — |
Emiliya Romanya | İmola | 2025 | 21.00 |
İtaliya | Monza | 2025 | 25.00 |
Las Veqas | Las Veqas | 2025 | — |
Mexiko | Rodriges qardaşları ad. | 2025 | 30.00 |
Monako | Monako | 2025 | 20.00 |
Niderland | Zandfort | 2025 | 32.00 |
Azərbaycan | Bakı | 2026 | 57.00 |
İspaniya | Barselona | 2026 | 25.00 |
ABŞ | Ostin | 2026 | 30.00 |
Avstriya | Şpilberq | 2027 | 25.00 |
Səudiyyə Ərəbistanı | Ciddə | 2027 | 55.00 |
Sinqapur | Marina Bey | 2028 | 35.00 |
Əbu Dabi | Yas Marina | 2030 | 42.00 |
San Paulu | İnterlaqos | 2030 | 25.00 |
Kanada | Jil Vilnöv ad. | 2031 | 32.00 |
Mayami | Mayami | 2031 | — |
Macarıstan | Hunqarorinq | 2032 | 40.00 |
Qətər | Luasil | 2032 | 55.00 |
Bəhreyn | Saxir | 2036 | 52.00 |
Avstraliya | Albert Park | 2037 | 37.00 |