McLaren komandasının baş mühəndisi Tim Qossun vəzifəsi böyüdülüb: Tim gələn aydan komandanın texniki direktoru postunda Pəddi Lounu əvəz edəcək. Beləliklə, McLaren komandası Pəddi ilə yolunu ayırdığını rəsmən təsdiq edib: Lounun Mercedes AMG komandasına keçməsi isə bu gün səhər rəsmən məlum olub.
Tim Qoss McLaren komandasına 1990-cu ildə mühəndis kimi qoşulub və texniki departamentdə həlledici adama çevrilib. İki il əvvəl Tim komandanın baş mühəndisi təyin olunmuşdu.
Tim Qoss: “Mən çox şadam ki, McLaren-in texniki direktoru vəzifəsini tutacam, bu vəzifə avtoidman dünyasında ən nüfuzlu vəzifələrdən biridir. Mən yeni statustda McLaren-in uğurlarına sevinməyi səbirsizliklə gözləyirəm.
Mən builki maşının təkmilləşdirilməsi işlərinə başçılıq edəcəm – Martin Uitmarş, Conatan Nil, Səm Maykl və Nil Outli ilə biz komandanın fəaliyyətini zirvəyə qaldırmağa çalışacayıq…”