Timo Qlok və Marussia komandası həftənin əvvəlində yollarını ayırdıqlarını elan etmişdilər, amma artıq bu gün almaniyalı sürücünün DTM kuzov çempionatında çıxış edən BMW-nin zavod komandası ilə müqavilə imzaladığı elan oluna bilər. Sport Bild-in bildirdiyinə görə, Qlok və bavariyalılar üçillik əməkdaşlığa razılaşıblar.
İki gün əvvəl Timo ilk dəfə Valensiya testlərində BMW M3 DTM maşının sükanı arxasında oturub, amma trasda çox inamla çıxış edib və texnikadan çox razı qalıb: “Bu maşın deyil, raketdir! Nəhayət, mən qələbə uğrunda mübarizə apara biləcəm. Komanda məni çox isti qarşıladı və mən səbirsizliklə mövsümün başlamasını gözləyirəm!”